2020 ci ildə Azərbaycan İnvestisiya Holdinqi (AİH) Azərbaycanın əsas dövlət müəssisələrində peşəkarlığın artırılması, idarəetmənin və səmərəliliyin yaxşılaşdırılması məqsədilə yaradılmışdır. Bu İcmalda AİH və onun portfelinə daxil olan şirkətlərin korporativ idarəetmə çərçivəsi təsvir edilir və onların Dövlət Müəssisələrində Korporativ İdarəetmə üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təlimatlarına uyğunluğu qiymətləndirilir.
İcmalda Azərbaycanın dövlət orqanlarına dövlət müəssisələri sektorunda islahatlar aparmaq, dövlət mülkiyyətinin həyata keçirilməsini və dövlət müəssisələrinin idarə edilməsini ən yaxşı beynəlxalq təcrübələrə uyğunlaşdırmaq üçün tövsiyələr verilir.
Bu İcmal İƏİT nin Baş katibinin məsuliyyəti altında dərc olunmuşdur. Burada qeyd olunmuş rəylər və göstərilmiş əsaslar İƏİT yə üzv ölkələrin rəsmi mövqeyini mütləq şəkildə əks etdirmir.