G20/İƏİT Korporativ İdarəetmə Prinsipləri İƏİT Şurası tərəfindən 8 iyul 2015-ci ildə qəbul edilmiş və 8 iyun 2020-ci ildə yenidən işlənmiş Korporativ İdarəetmə Prinsipləri üzrə İƏİT Tövsiyəsinin [OECD/LEGAL/0413] Əlavəsində əks etdirilmişdir. Prinsiplər G20 tərəfindən 2023-cü ilin sentyabrında təsdiq edilmişdir. Tövsiyənin rəsmi mətnini və digər müvafiq məlumatları əldə etmək üçün https://legalinstruments.oecd.org ünvanında İƏİT-nin Hüquqi Alətlər toplusuna müraciət etməyinizi xahiş edirik.
Bu sənəd, eləcə də ona daxil edilmiş hər hansı məlumat və xəritə hər hansı ərazi üzrə suverenlik statusunu, beynəlxalq sərhədlərin delimitasiyasını və hər hansı ərazi, şəhər və ya bölgə adını təhrif etmək niyyətini daşımır.
Orijinal başlıq: OECD (2023), G20/OECD Principles of Corporate Governance 2023, OECD Publishing, Paris, https://doi.org/10.1787/ed750b30-en.
Orijinal sənəd tərcümə arasında hər hansı uyğunsuzluq olduqda, yalnız orijinal əsərin mətni etibarlı hesab edilməlidir.
Fotoşəkil istinadları: Qapaq © Andrew Esson/Baseline Arts Ltd.
OECD-nin nəşrlərinə düzəlişlər aşağıdakı ünvanda tapıla bilər: https://www.oecd.org/en/publications/support/corrigenda.html.
© 2024 İƏİT/ Bu Azərbaycan nəşri üçün Konsis
Attribution 4.0 International (CC BY 4.0)
Bu əsər Creative Commons Attribution 4.0 Beynəlxalq lisenziyası əsasında hazırlanıb. Bu əsərdən istifadə etməklə siz bu lisenziyanın şərtlərinə əməl etməyi üzərinizə götürürsünüz (https://creativecommons.org/licenses/by/4.0/).
Müəlliflik hüququ – əsərə istinad etməlisiniz.
Tərcümələr – orijinal əsərə istinad etməli, orijinalda dəyişiklikləri müəyyən etməli və aşağıdakı mətni əlavə etməlisiniz: Orijinal əsərlə tərcümə arasında hər hansı uyğunsuzluq olarsa, yalnız orijinal əsərin mətni etibarlı hesab edilməlidir.
Adaptasiyalar – orijinal əsərə istinad etməli və aşağıdakı mətni əlavə etməlisiniz: Bu, İƏİT tərəfindən orijinal işin adaptasiyasıdır. Bu adaptasiyada ifadə edilən fikirlər və irəli sürülən arqumentlər İƏİT-nin və ya onun Üzv ölkələrinin rəsmi fikirlərini əks etdirən məlumat kimi təqdim edilməməlidir.
Üçüncü şəxs materialı – lisenziya əsərdəki üçüncü şəxs materialına tətbiq edilmir. Bu cür materialdan istifadə etsəniz, üçüncü şəxsdən icazənin alınmasına və hər hansı pozuntu səbəbindən yaranan iddialara görə məsuliyyət daşıyırsınız.
Siz birmənalı şəkildə icazə olmadan İƏİT loqotipindən, vizual identiklikdən və ya üz qabığı təsvirindən istifadə etməməli habelə İƏİT-nin əsərdən istifadənizi təsdiqləməsini təklif etməməlisiniz.
Bu lisenziya əsasında yaranan hər hansı mübahisə Daimi Arbitraj Məhkəməsinin (DAM) 2012-ci il tarixli Arbitraj Qaydalarına uyğun olaraq arbitraj məhkəməsində baxılır. Arbitraj məhkəməsinin keçirildiyi yer Paris (Fransa) şəhəridir. Arbitrlərin sayı birdir.